Gürcüstan Xarici İşlər Nazirliyi Belarusu ölkənin ərazi bütövlüyünə hörmət etməyə və beynəlxalq hüququn prinsiplərinə zidd hərəkətləri dayandırmağa çağırır
Gürcüstan Xarici İşlər Nazirliyi Belarusu ölkənin ərazi bütövlüyünə hörmət etməyə və beynəlxalq hüququn prinsiplərinə zidd hərəkətləri dayandırmağa çağırır

 
Gürcüstan Xarici İşlər Nazirliyi Belarus Respublikası Prezidentinin işğalçı rejimin nümayəndələri ilə görüşünü pisləyir – bu barədə işğalçı rejimin nümayəndəsi Aslan Bjanianın Belarus Respublikasına səfəri ilə bağlı yayılan bəyanatda deyilir.

Gürcüstan Xarici İşlər Nazirliyinin qiymətləndirməsinə əsasən, bu addım Rusiyanın işğalçı rejimini legitimləşdirmək cəhdidir.

“Bəhsi keçən hərəkət Gürcüstanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyini və ərazi bütövlüyünü kobud şəkildə pozur və Rusiyanın işğalçı rejimini legitimləşdirməyə cəhddir.

Biz Belarusu Gürcüstanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyinə və ərazi bütövlüyünə hörmət etməyə, beynəlxalq hüququn fundamental prinsip və normalarına zidd hərəkətləri dayandırmağa çağırırıq”- deyə bəyanatda qeyd edilir.

“Gürcüstan rəhbərliyi abxazlarla görüşlərə niyə belə kəskin reaksiya verir ? Ola bilsin ki, bu görüşlər abxaz və gürcü xalqları arasında dostluğa xidmət edir”-deyə Belarus Prezidenti bu barədə Minskdə, işğal altındakı Abxaziyanın dırnaq arası lideri Aslan Bjania ilə keçirilən görüşdə açıqlayıb.