Gürcüstan - İspaniya matçının biletlərinin 90 faizi satılıb #1TVSPORT
Gürcüstan – İspaniya matçının biletlərinin 90 faizi satılıb-deyə Futbol Federasiyasının mətbuat xidməti məlumat yayır.
Gürcüstan millisi 2024-cü ilin Avropa çempionatının seçmə mərhələsi çərçivəsində sentyabrın 8-də İspaniya ilə oyun keçirəcək. Görüş Boris Paiçadze adına “Dinamo Arena”da saat 20:00-da başlayacaq.
Gürcüstan və İspaniya yığmalarının görüşünə biletlər avqustun 15-dən yalnız onlayn, TKT.GE saytında, saat 12:00-dan etibarən satılır. Biletlərin qiyməti 10, 20, 30 və 50 laridir.
Gürcüstan millisi 2024-cü ilin Avropa çempionatının seçmə mərhələsinin A qrupunda üç oyun keçirib və dörd xalla Norveçlə ikinci və üçüncü yerləri bölüşür.