Gürcüstan iqtidarı yeni ictimai hüquqi şəxs – gənclər agentliyi təsis etdi.
Yeni struktur gənçlər üçün dövlət strategiyasının işlədilməsi və koordinasiya məqsədi ilə yaradılıb.
Agentliyin məqsədi gəclərin potensiyalının realizasiyası və ictimai, mədəni, iqtisadi və siyasi mühitə qoşulmaları üçün şərait yaratmaqdır.
Agentlik Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinin strukturlarından biri olacaq.
Yeni agentliyin rəhbərini baş nazir bir həftə ərzində təyin edəcək.
Həmçinin, agentliyin fəaliyyətinə yerli tədqiqatların keçirilməsi, statistik-analitik materialların toplanılması, hökümət üçün təkliflərin və təşəbbüslərin təqdim edilməsi daxildir.
Agentlik dövlət büdcəsindən maliyyələşdiriləcək hökümətin tabeliyində olacaq.