Gürcüstan hərbçiləri ETERNITY 2023 üçtərəfli təlimində iştirak ediblər
Gürcüstan hərbçiləri ETERNITY 2023 üçtərəfli təlimində iştirak ediblər

Gürcüstan Müdafiə Qüvvələrinin hərbçiləri ETERNITY 2023-də iştirak ediblər. Bakıda səhra təlimləri ilə komanda-qərargah təlimi keçirilib və  Gürcüstan, Azərbaycan və Türkiyənin hərbi qulluqçuları, Gürcüstan Daxili İşlər Nazirliyinin Strateji Boru Kəmərlərinin Mühafizəsi Departamentinin nümayəndələri iştirak ediblər.

Müdafiə Nazirliyinin məlumatına görə, təlimin məqsədi strateji əhəmiyyətli obyektlərin (Bakı-Tbilisi-Ceyhan boru kəməri), eləcə də regionun iqtisadi layihələrinin mühafizəsidir.

Təlim üç ölkənin hərbçiləri arasında koordinasiyanı, təcrübə mübadiləsini, həmçinin vahid fəaliyyət planının yaradılmasını və NATO-nun planlaşdırma prosesinə uyğun həyata keçirilməsini nəzərdə tutur.

Üçtərəfli komanda-qərargah təlimi 2000-ci ildən rotasiya prinsipi ilə keçirilir.

Bu il ETERNITY 2023 təlimi Azərbaycan Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitutunun Döyüş Oyunları Mərkəzi tərəfindən keçirilib.