Gürcüstan Ficini 12:8 hesabı ilə məğlubiyyətə uğratdı - 20 yaşınadək dünya çempionatında dramatik son saniyələr
20 yaşınadək dünya çempionatının dördüncü görüşündə gənc “Borcğalosanilər” Fici ilə qarşılaşdılar. Qarşılaşma Ficinin üstünlüyü ilə başladı. 25-ci dəqiqədə gürcülər yaxşı hücum həyata keçirdilər. Lakin xal qazana bilmədilər. Nəticədə matçın birinci yarısı Ficinin xeyrinə, 5:0 hesabı ilə başa çatdı.
Matçın ikinci yarısının ilk xallarını yenə Ficililər qazandılar – 8:0. Marçın 80-ci dəqiqəsinə qədər hesab dəyişməyib. Matçın son saniyələri çox dramatik oldu. Yekunda Gürcüstan Ficini 12:8 hesabı ilə məğlubiyyətə uğratdı.