Gürcüstan "Drift kralını" axtarır

Avqustun 11-də, saat 17:00-da, Tbilisi Ədliyyə Evinin avto-durağında,  Red Bull Car Park Drift adlı drift çempionatı keçiriləcək.

Red Bull Car Park Drift  ilk olaraq, 2008-ci ildə Libanda keçirildi.

Çempionat əsasən, Yaxın Şərq ölkələri üçün keçirilir.

Yarışmanın fərqli formatı var. Drift kralı titulunu almaq üçün iştirakçılar müxtəlif tapşırıqları yerinə yetirməli olacaqlar.

Gürcüstanda seçilən “Drift kralı”, sentyabrın 1-də Türkiyədə, çempionatın final mərhələsində iştirak edəcək.

Red Bull Car Park Drift-də iştirak etmək pulsuzdur.

İştirak qaydaları

Red Bull Car Park Drift-də iştirak edən yarışçı Gürcüstan vətəndaşı olan professional sürücü olmalıdır.

Qeydiyyat:  www. Redbullcarparkdrift.com veb-səhifəsindən mümkündür.

Çempionatda iştirak edənlərin avtomobili mütləq texniki yoxlanışdan keçməlidir.

Red Bull Car Park Drift-də qalib olanın Türkiyəyə yolçuluğunu “Red Bull” şirkəti maliyyələşdirir.

Mənbə – Red Bul (Red Bull)