"Gürcüstan Dəmir Yolları" Gürcüstandakı Ukrayna vətəndaşlarına ölkə miqyasında istənilən reysdə pulsuz səyahət təklif edir
“Gürcüstan Dəmir Yolları”-nın qərarıyla, hazırda Gürcüstanda olan və baş verən hadisələrlə əlaqədar vətənlərinə qayıda bilməyən Ukrayna vətəndaşları bütün Gürcüstan miqyasında istənilən reyslə pulsuz səyahət edəcəklər.
“Səyahət ehtiyacı və arzusu olması halında, bilet almaq üçün “Gürcüstan Dəmir Yolları”-nın istənilən kassasına getməli və Ukrayna vətəndaşlığını təsdiq edən pasport təqdim etməlidirlər. Onlara sülh və xoş səyahət arzulayırıq”- deyə “Gürcüstan Dəmir Yolları”-ndan bildirilib.