Gürcüstan "Covid-19"-un müalicəvi "Pakslovid" dərmanının ilk partiyasını aldı
Gürcüstan "Covid-19"-un müalicəvi "Pakslovid" dərmanının ilk partiyasını aldı

 
“Covid-19”-dan müalicə üçün “Pakslovid” dərmanının ilk partiyası artıq Gürcüstana gətirilib.

Səhiyyə Nazirliyindən, Gürcüstanın regionda Covid-19 dərmanlarının əlçatan olduğu və pulsuz veriləcəyi ilk ölkə olduğu bildirilir.

“Pakslovid” COVID-19-a qarşı hazırlanmış ilk ən təsirli dərmandır. Dərman virusun çoxalma qabiliyyətini məhdudlaşdırır. İnfeksiyaya yoluxma təsdiqlənən kimi ” Pakslovid”-dən istifadə ediləcəyi təqdirdə, xəstəlik irəliləyə bilməz, bu da xəstəxanaya yerləşdirmə riskini azaldır. Dərman xəstəliyin ağırlaşmasından 90% -ə qədər qoruyur. “Pakslovid”-lə müalicəyə virusun təsdiqlənməsinin erkən mərhələsində başlanılmalıdır. Müalicə kursu beş gündən ibarətdir. Səhiyyə Nazirliyi klinik qrupun ekspertləri ilə birlikdə artıq müvafiq protokol hazırlayıb və ona əsasən dərmanların təyin olunacağı prioritet pasiyentlər müəyyən edilib. Dərman yüksək ağırlaşma riski proqnozlaşdırılan məsələn, xroniki xəstəlikləri olan insanlarda, yaşlılarda və s .yüngül və orta ağırlıqdakı pasiyentlər halında istifadə olunacaq. Dərmanın təyin edilməsi barədə qərar xəstənin ailə həkimi tərəfindən veriləcək və o, evdə çatdırılacaq” – deyə Səhiyyə Nazirliyindən bildirilib.

Onların sözlərinə görə, “Covid-19”-un müalicəvi dərmanı Pfizer şirkəti tərəfindən yaradılıb. “Pakslovid” həm ABŞ Qida və Dərman Agentliyi (FDA), həm də Avropa Dərman Agentliyi (EMA) tərəfindən tanınır. Dərman artıq ABŞ və Avropa ölkələrində geniş istifadə olunur.