"Gürcüstan Bankına" hücum edən silahlı şəxsin, girov aldığı üç nəfərlə bərabər qaçdığı ehtimal olunur
Əl qumbarası ilə silahlanmış soyğunçunun, girov aldığı üç nəfərlə bərabər “Gürcüstan Bankının” binasından qaçdığı ehtimal olunur.
Medyada yayılan kadrlarda görünür ki, banka hücum edən silahlı şəxs polis maşını ilə, naməlum istiqamətdə gedir.
Digər girovlar isə, azaddırlar.
Zuqdidi şəhərinin “Gürcüstan bankının” filialına silahlı şəxs bugün daxil oldu və ordaki insnları girov götürdü.
Soyğunçu 20 nəfərə yaxın insanı girov götürmüşdü.
Fakta bağlı istintaq 179-cu, 236-cı və 144-cü maddə ilə aparılır.