"Gürcüstan Bankı" fiziki şəxslərin kredit ödənişləri üçün üç aylıq güzəşt müddəti təklif edir
"Gürcüstan Bankı" fiziki şəxslərin kredit ödənişləri üçün üç aylıq güzəşt müddəti təklif edir

Bu gündən etibarən, üç ay ərzində, “Gürcüstan Bankına” kredit ödəyən şəxslər may ayı daxil olmaqla, aylıq kredit ödənişlərini ödəməyə bilərlər, – bu bəyanatı “Gürcüstan Bankı” yayır.

“Ölkədə yaranan vəziyyətdən irəli gələrək və ictimai yerlərdə insan yığıncağını azaltmaq məqsədi ilə, bank əhaliyə güzəşt təklif edir.

Bank müvafiq prosedurların keçirilməsini gələn həftədən başlayır və mərhələ şəklində, istifadəçiyə, hansı prosedurlara görə, Banka getməməsi gərəkdiyini açıqlayacaq.

Ancaq, əgər istifadəçi kredit ödənişini davam etdirmək istəyirsə, o qaynar xətt nömrəsinə zəng vurmalıdır: 2 444 444“, – deyilir Bankın bəyanatında.