Gürcüstan-Azərbaycan delimitasiya və demarkasiya komisiyasının sabiq üzvü İveri Melaşvili bəyan edir ki, onun iş kabinetində yoxlanış keçirilir
Gürcüstan-Azərbaycan delimitasiya və demarkasiya komisiyasının sabiq üzvü İveri Melaşvili bəyan edir ki, onun iş kabinetində yoxlanış keçirilir

Gürcüstan-Azərbaycan delimitasiya və demarkasiya komisiyasının sabiq üzvü İveri Melaşvili bəyan edir ki, istintaq idarəsi onun iş kabinetində yoxlanış keçirilir.

Bu barədə məlumatı İveri Melaşvili Gürcüstanın Birinci kanalına verdi.

“İş otağımda yoxlanış keçirilir və nə axtardıqlarını mənə demirlər” – dedi Melaşvili.

İveri Melaşvili 2006-2017-ci illərdə Gürcüstan-Azərbaycan delimitasiya və demarkasiya komisiyasının üzvü idi.

2019-cu ildən o atıq komisiyanın üzvü deyil.

Hazırda İverli Melaşvili Gürcüstanın Xarici İşlər Nazirliyinin qonşu ölkələr departamentinin Gürcüstan dövlət sərhədinin delimitasiya, demarkasiya və sərhəd əlaqələri xidmətinin rəhbəri, komisiya üzvü və mütəxəssislər qrupunun rəhbəridir.