Gürcüstan "Astrazeneka" vaksinasının əlavə 150 000 dozasını alacaq
Gürcüstan "Astrazeneka" vaksinasının əlavə 150 000 dozasını alacaq

Gürcüstan “Astrazeneka” istehsalının vaksinasının yenə 150 000 dozasını alacaq, – bu barədə bəyanatı Gürcüstanın Səhiyyə Naziri Ekaterine Tikaradze verdi.

“Məsələ ilə bağlı danışıqlar davam edir. Onlar bizə lazım olan dozayı bilirlər, müqavilə imzalanıb  və gərəkən dozalar, mərhələ şəklində Gürcüstana gətiriləcək”, – dedi Ekaterine Tikaradze.

Onun dediyinə görə, artıq anons edilib ki, fevralın sonunda Gürcüstan vaksinanın ilk dozasını alacaq.

“Biz planı ardıcıl şəkildə həyata keçirəcəyik ki, prosesə yüksəq etibarlıq qazandıraq. Vaksinaların nəql edilməsi məsələsini də Kovaksplatforma təmin edəcək. Aviaşirkətlərlə bağlı qərarları da vaksinanın istehsalçı şirkətləri verəcəklər, çünki vaksinaların saxlanılması prinsipləri çox çətindir” – dedi Ekaterine Tikaradze.