Gürcüstan "Astrazeneka" vaksinasını martın 13-dən qəbul edəcək
Gürcüstan "Astrazeneka" vaksinasını martın 13-dən qəbul edəcək

Şənbə günündən etibarən Gürcüstan koronavirusa qarşı “Astrazeneka” vaksinasını almağa başlayacaq, – bu bəyanatı Gürcüstanın Səhiyyə Naziri Ekaterine Tikaradze, keçirdiyi fövqəladə brifinqdə verdi.

Tikaradzenin dediyinə görə, ilk mərhələdə ölkə vaksinanın 43 200 dozasını alacaq.

“İlk növbədə Ümumdünya Səhiyyə Təşkilatına təşəkkür etmək istəyirəm. Onlar bizə məlumat verdilər ki, şənbə günü, martın 13-dən, Gürcüstan mərhələ şəklində vaksina alacaq. İlk mərhələdə 43 200 dozasını alacağıq”, – dedi Ekaterine Tikaradze.

Səhiyyə Naziri qeyd etdi ki, “Fayzer” vaksinasının alınması ilə bağlı da danışıqlar aparılır.