Gürcüstan 2028-ci ilin Çempionlar Liqasının finalına ev sahibliyi etmək üçün müraciət edəcək
Gürcüstan 2028-ci ilin Çempionlar Liqasının finalına ev sahibliyi etmək üçün müraciət edəcək

 
Gürcüstan 2028-ci ilin Çempionlar Liqasının finalına ev sahibliyi etmək üçün müraciət edəcək.

Bu haqda Gürcüstanın Baş naziri İrakli Kobaxidze hökumətin iclasında açıqlayıb.

“2028-ci ilin Çempionlar Liqasının finalını artıq yeni tikilən stadionda keçirmək üçün müraciət edəcəyik. Bu, gürcü azarkeşlər üçün mühüm hədiyyə olacaq, paytaxtımız unikal stadiona malik olacaq” – Kobaxidze açıqlayıb.

Bununla yanaşı, İrakli Kobaxidze bu gün Gürcüstanda yeni stadionun tikiləcəyini elan edib.