Gürcüstan 2021-ci il avrobasketinin qrup mərhələsinə ev sahibliyi edəcək (video)

2021-ci ildə Gürcüstanda avrobasketinin qrup mərhələsinin matçları keçiriləcək.

Bu gün Münhendə 2021-ci il avrobasketin dörd ev sahibi ölkəsi adlandırıldı. Ev sahibliyi arzusunda yeddi ölkə idi – Gürcüstan, Çexiya, Estoniya, Almaniya, Macarıstan, İtaliya və Sloveniya.

Qalib dörd ölkə arasına Gürcüstan da düşdü.

Gürcüstandan başqa 2021-ci il avrobasketinin qrup mərhələsinə ev sahibliyi Çexiya, Almaniya və İtaliya edəcək.

Püşkatmada Gürcüstan prezidenti Salome Zurabişvili də iştirak edirdi.