"Gürcü legionu" Ukrayna hərbi qüvvələrini tərk edir
"Gürcü legionu" Ukrayna hərbi qüvvələrini tərk edir

“Gürcü legionu” Ukrayna hərbi qüvvələrininin 45-ci briqadasını tərk edəcəyi barədə məlumat yayır.

Bu barədə məlumatı Ukrayna medyası “Gürcü legion”-un Facebook səhifəsinə əsasən yayır.

“Gürcü legionu” bəyan edir ki, bu qərarı dekabrın 20-də verdi, buna səbəb isə, rəhbərlərinin qeyri-qanuni hərəkətləri oldu.

“Briqdanın rəhbərləri Aleksey Maistrenko və onun ətrafındakıların qeyri-kompetentliyi və verdikləri qeyri-qanuni əmrlərə görə, gürcü legionu Ukraynanın 54-cü briqadasını tam tərkibi ilə tərk etdi.

2017-ci ilin dekabrın 16-da keçirilən xüsusi əməliyyat zamanı, gürcü legionunun və 25-ci batalyonun 11 əsgərinin yaralanması haqqında məlumatı, yaxın günlərdə keçirəcəyimiz mətbuat konfransında verəcəyik” – deyilir legionun mətbuat xidmətinin adı ilə yayılan bəyanatda.

Həmin bəyanata əsasən, briqadanın rəhbərliyi hərbi hospitalda olan əsgərləri, dekabrın 16-da baş verən xüsusi əməliyyat haqqında məlumat yaydıqları halda, deportasiya ilə təhdid edir.

“Gürcü legionu” 2014-cü ildə yaradıldı və onun üzvləri Donbassda baş verən hərbi qarşıdurmalarda Ukrayna əsgərlərinə yardım edirdilər.

2016-cı ilin fevral ayında, legion 25-ci batalyonun, 54-cü briqadasına qoşuldu.