"Gürcü Arzusunun" seçkilərdə qalib gəlməsinin altı illiyi ilə bağlı sahab hakim komandada siyasi bəyanatlar veriləcək
"Gürcü Arzusunun" seçkilərdə qalib gəlməsinin altı illiyi ilə bağlı sahab hakim komandada siyasi bəyanatlar veriləcək

“Gürcü Arzusu-Demokratik Gürcüstan” siyasi birləşməsinin mərkəzi ofisində hakim komandanın görüşü keçiriləcək.

Birinci Kanala partiyanın mətbuat xidmətindən bildirildiyinə görə, görüşdə partiyanın sədri Bidzina İvanişvili və prezidentliyə müstəqil namizəd Salome Zurabişvili iştirak edəcək.

Elə onların məlumatına görə, “Gürcü Arzusunun” 2012-ci il 1 oktyabr seçkilərində qalib gəlməsinin altı illiyi ilə bağlı siyasi bəyanatlar veriləcək.

Partiyanın mərkəzi ofisində görüş saat 10:00-da planlaşdırılıb.