Bu gün “Gürcü Arzusu” yerli özünü idarə etmə seçkilərinə hazırlaşır, – bu bəyanatı parlament əksəriyyətinin üzvü Sozar Subari verdi.
Sozar Subarinin dediyinə görə, Tbilisidə və regionlarda mer və majoratar namizədləri ilə bağlı məsləhətləşmələr aparılır.
“Bildiyiniz kimi, yeni özünü idarəetmə məcəlləsinə dəyişikliklər əlavə olunur və hazırlıqlara vaxt lazımdır”, – dedi Sozar Subari.