"Gürcü Arzusu" və müxalifət partiyalarının liderləri ABŞ səfirinin rezidensiyasında görüş keçirirlər
“Gürcü Arzusu” və müxalifət partiyalarının liderləri ABŞ səfirinin rezidensiyasında görüş keçirirlər.
Mövcud olan məlumata görə, görüşdə Avropa İttifaqının üzv ölkələrinin səfirləri də iştirak edirlər.
Görüşə başlamadan öncə müxalifət partiyalarının liderləri medyaya kiçik şərh verdilər.
“Vətənpərvərlər alyansının” lideri İrma İnaşvili qeyd etdi ki, bütün beynəlxalq partnyorlar öyrənməlidir ki, Gürcüstanda seçkilər saxtalaşdırıldı və iqtidar əslində seçkilərdə məğlub olub.
“Biz dialoqdan heç vaxt imtina etmirik, ancaq dialoqların da bir nəticəsi olmalıdır” – dedi İrma İnaşvili.
“Leyborist partiyasının” sədri Şalva Natelaşvili qeyd etdi ki, dialoq sadəcə seçkilərin yenidən keçirilməsi ilə bağlı aparıla bilər.
“Seçkilər yenidən keçirilməlidir. Saxtalaşdırılmış seçkilər nəticəsində yaranan parlament fəaliyyətə keçməməlidir” – dedi Natelaşvili.