"Gürcü Arzusu"-nun liderləri Beştaşen kəndində yeni inşaat edilən yolu yoxladılar

Gürcüstanın baş naziri Giorgi Qaxaria, “Gürcü Arzusunun” baş katibi Kaxa Kaladze, parlamentin sədri Arçil Talakvadze, Bolnisi, Dmanisi və Tsalka rayonlarının majoritar deputatı Qogi Meşveliani və Tsalkanın meri İlia Sabadze Beştaşeni kəndində yeni inşaat edilən yolu yoxladılar.

“Gürcü Arzusunun” mətbuat xidmətinin məlumatına görə, partiya liderləri həyata keçirilən infrastruktur işləri ilə maraqlandılar.

Tsalka merinin dediyinə görə, layihənin ümumi dəyəri iki milyon laridən artıqdır və yerli büdcədən maliyyələşdirilir.

Yolun inşaat layihəsi 2019-cu ilin mart ayında başladı və iyulda başa çatdı.

Layihə çərçivəsində, 3,8 km yol qoyuldu.