Gürcü animasiya filmi "Cino" Beynəlxalq Uşaq Film Festivalında qran-pri sahibi oldu
Gürcü animasiya filmi "Cino" Beynəlxalq Uşaq Film Festivalında qran-pri sahibi oldu

Gürcü animasiya filmi “Cino” Beynəlxalq Uşaq Film Festivalında (ICFF) qran-pri sahibi oldu.

Bu barədə məlumatı filmin rejisoru Dato Kiknavelidze öz Facebook səhifəsində yaydı.

ICFF Asiyada animasiya filmlərinin ən geniş miqyaslı festivallarından biridir.

“Cino” milli kino mərkəzinin dəstəyi  ilə hazırlanan ilk gürcü 3D animasiyasıdır.

Film qurbağa “Cino” və onun qonşularnın macəralarını təsvir edir.

Filmin qəhramanları ümumi məqsəd üçün öz şəxsi fikirlərindən vaz keçib, bərabər evlərini xilas etmək üçün çalışırlar.