Qurcaani Munisipalitetinin Axaşen kəndində baş verən yol qəzasında 3 nəfər ölüb
Qurcaani Munisipalitetinin Axaşen kəndində baş verən yol qəzasında 3 nəfər ölüb

Qurcaani Munisipalitetinin Axaşen kəndində baş verən yol qəzasında 3 nəfər ölüb. Hadisə ötən gecə, gecə saatlarında baş verib. Hadisə şahidlərinin sözlərinə görə, avtomobil mini traktorla toqquşub, daha sonra sürüşərək aşıb.

Avtomobildə olan ər-arvad və dörd yaşlı uşaq ağır bədən xəsarətləri ilə Qurcaanidəki “Geo Hospitals” klinikasına çatdırılsa da, onları xilas etmək mümkün olmayıb.

Hadisə yerinə polis səfərbər edilib, araşdırmalara başlanılıb.