Quriyanın qubernatoru bəyan edir ki, Buknari kəndində xristian və müsəlman icması arasındaki münaqişə həll olundu, provokasiyalara isə, gərəkən reaksiya veriləcək
Quriyanın qubernatoru Zurab Nasaraia bəyan edir ki, Çoxatauri munisipalitetinin Buknari kəndində xristian və müsəlman icması arasındaki münaqişə həll olundu və həransı provokasiya hərəkətlərinə gərəkən reaksya veriləcək.
“Buknaridə baş verən hadisələrlə bağlı dünən hər iki tərəflə də, bir neçə görüş keçirildi. Biz əhaliyi sakitləşdirməyə çalışdıq, ancaq onların arasında aqressiv insanlar da var idi və razılaşmaya mane olurdular.
Mən müfti ilə görüşdüm və həmin axşam müsəlmanlar və xristianlarla birgə görüş keçirildi. Razılaşdırıldı ki, kimsənin dua etməsinə mane olunmayacaq. Hərhansı icmadan kim provokasiyaya yol açsa, gərəkən reaksiya veriləcək” – dedi qubernator.