Gürcüstanın Maliyyə Naziri vəzifəsinə, Giorgi Kvirikaşvili, Mamuka Baxtadzeyi təqdim etdi

Gürcüstanın Maliyyə Naziri vəzifəsinə, Giorgi Kvirikaşvili, “Gürcüstan Dəmir Yolunun” baş direktoru Mamuka Baxtadzeyi təqdim etdi.

Mamuka Baxtadze 1982-ci ildə, Tbilisidə anadan olub.

İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetini və həmçinin, Gürcüstanın Texniki Universitetlərini bitirib.

Lomonosov adına Moskva Dövlət Universitetinin maqistr dərəcəsinin sahibidir.

2010-cu ildə, INSEAD-in biznes məktəbində MBA dərəcəsini alıb.

2013-cü ilə qədər Gürcüstanın Beynəlxalq Energetika korporasiyasında, baş direktor vəzifəsində çalışırdı.