Gürcüstanda qətl suçu ilə axtarışda olan şəxs Avstriyada İnterpol tərəfindən həbs edilib

Gürcüstanda qətl suçu ilə İnterpol ilə axtarılan şəxs Avstriyada yaxalanıb – bu barədə məlumatı yerli medya yayır.

Medyada yayılan məlumata görə, polis bəyan edir ki, 43 yaşlı kişi, xüsusi polis departamenti “Kobranın” əməkdaşları tərəfindən həbs edilib.

Həbs edilən şəxsin kimliyini hüquqmühafizəçilər açıqlamırlar, ancaq medyanın məlumatına görə, bu iş, 1999-cu ildə törədilən cinayətlə bağlıdır.

Həbs edilən şəxsin saxta şəxsiyyət vəsiqəsi var idi və Avstriyada saxta kimlik ilə yaşayırdı.

Lintsdə həbs edilən şəxsi Gürcüstana ekstradisiya üçün hazırlayırlar.