Gürcüstan Qara Dənizin qorunmasının milli strategiyası üzrə çalışır

Gürcüstan Qara Dənizin qorunmasının milli strategiyasının yaradılması üzrə çalışmağa başladı.

Belə bir sənədin hazırlanması Avropa İttifaqı ilə razılaşmanın tələblərindən biridir.

“Gürcüstanın dəniz sahəsi haqqında” razılaşma qanuna daxil ediləcək, harda yazılacaq ki, ölkə, dəniz sahəsinin keyfiyyətini təmin edən fəaliyyət proqramı yaratmalıdır, hansı ki, ildə bir dəfə yeniləşdiriləcək.

Qeyd olunan məsələyi Ətraf Mühitin qorunması və təbii resurslar komitəsi bugün ilk oxunuşla müzakirə edəcək.

Qara Dənizin qorunmasının milli strategiyası Gürcüstanda indiyə qədər olmayıb. Bu məsələ üzrə Ətraf Mühitin qorunması Nazirliyi də çalışır.

Aparılan tədqiqatlara əsasən, bu mərhələdə suyu kirlədən əsas faktor dənizə tökülən fekal massalardır.

Qanunverici orqana daxil etmək üçün qanun dəyişiklikləri Ətraf Mühitin Qorunması nazirliyi tərəfindən 2018-ci ildən hazırlanacaq.