Gürcüstan hökumətində dəyişikliklər
Gürcüstan hökumətində dəyişikliklər

Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili hökumətdə struktur və kadr dəyişiklikləri haqqında bəyanat verdi.

Dəyişikliklərə uyğun olaraq, 18 nazirlik 14-ə qədər azalır.

Avropa və Avroatlantik strukturlarına inteqrasiya məsələri üzrə Dövlət Nazirliyinin aparatı XİN-ə birləşdiriləcək. Ətraf Mühitin Mühafizəsi Nazirliyi, İqtisadiyyat Nazirliyinə birləşdiriləcək. Mədəniyyət və Abidələrin Mühafizəsi Nazirliyinə,  İdman və Gənclərlə iş üzrə Nazirliyinin komponenti birləşir. Energetika Nazirliyi İqtisadiyyat Nazirliyinə birləşdiriləcək. Dövlət təhlükəsizlik xidmətinə xarici kəşfiyyat xidməti birləşir.

DİN-də hazırda fəaliyyət göstərən fövqəladə halların idarə agentliyi və dövlət təjlükəsizliyi və böhranların idarəsi şurasının yenidənqurulması nəticəsində, fövqəladə halların idarəsi mərkəzi yartadılır. Buna Giorgi Mğebrişvili rəhbərlik edəcək.

Nazirlərə gəldikdə isə, Gürcüstan Daxili İşlər naziri Giorgi Qaxariyanın təyin olunması mümkündür. Giorgi Qaxariya bu vəzifədə Girgi Mğebrişvilini əvəz edəcək.

Maliyyə naziri Mamuka Baxtadze olacaq, hazırda o, “Gürcüstan Dəmiryolunun” baş direktorudur.

Təhsil Nazirliyi və İdman Nazirliyinin hissəsinin birləşməsindən sonra, nazir vəzifəsini Mixail Şxenkeli tutacaq. Hazırda o, TDU prorektorudur.

Mədəniyyət Nazirliyi və İdman Nazirliyinin hissəsinin birləşmiş strukturuna Mixal Qiorqadze rəhbərlik edəcək.

Ətraf Mühitin Mühafizəsi Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyinin birləşməsindən sonra, nazir vəzifəsini  Levan Davitaşvili tutacaq.

Avropa və Avroatlantik strukturlarına inteqrasiya məsələri üzrə Dövlət Nazirliyinin aparatı və XİN-in biləşməsindən sonra, nazir Mixail Canelidze olacaq.

Hökumətdə kadr və struktur dəyişikliklər zərfi hökumətin ən yaxın iclasında təsdiq olunacaq. Bundan sonra isə, müzakirə üçün parlamentə göndəriləcək.

Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili fövqəladə konfrasda bəyan etdiyinə görə, o, əmindir ki, islahat və dəyişikliklər, ölkənin irəliləyişi və inkişafına pozitiv təsir göstərəcək.

Etimadın bəyan edilməsi prosseduru dekabrın əvvəlində başlayacaq və güman ki, yeni ilə qədər başa çatacaq.