"Quramişvili" metrostansiyası təmir işlərinə görə, sərnişinlərə müvəqqəti xidmət göstərə bilməyəcək

Cari təmir işlərinə görə, “Quramişvili” metrostansiyası sərnişinlərə yanvarın 20-dən martın 15-ə qədər xidmət göstərə bilməyəcək.

Paytaxt Meriyasının məlumatına görə, “Quramişvili” metrostansiyasının bərpası 2017-ci ilin sentyabrın sonunda başladı və bu vaxta qədər işlər gecə saatlarında həyata keçirilirdi

 

Bu dövr ərzində başqa stansiyalar adi rejimdə işləyəcəklər. “Quramişvili” metrostansiyasını isə dayanmadan keçəcəklər.

Meriyanın məlumatına görə, 2018-ci ildə əlavə 10 metrostansiyanın bərpası planlaşdırılır.