Tbilisidə, martın 15-də açılması gözlənilən “Quramişvili” metrostansiyası aprelin sonunda açılacaq.
Tbilisi Nəqliyyat Şirkətinin məlumatına görə, açılış tarixi əlavə ekspertizanın keçirilməsi səbəbi ilə təxirə salındı və metrostansiyada aparılan təmir işləri dayandırılmışdı.
Cari ilin yanvarın 30-da “Varketili” metrosunun vestibyulunda tavanın uçmasından sonra, Tbilisi meriyasının və nəqliyyat şirkətinin qərarı ilə, Levan Samxarauli adına milli ekspertiza bürosu, yolçularının təhlükəsizliyi məqsədi ilə, bütün metrostansiyaları yoxlayır.
Tbilisi Nəqliyyat Şirkəti yaranan diskomforta görə, yolçulardan üzr istəyir.