Quram Tuşişvili - Dünya çempionatında texniki hazırlıq vasitəsilə qalib gəldim
Quram Tuşişvili - Dünya çempionatında texniki hazırlıq vasitəsilə qalib gəldim
Bakıda sona çatmış cüdo üzrə Dünya çempionatından qayıtmış gürcü idmançıları vətənə  üç medal – qızıl ( Quran Tuşişvili), gümüş (Varlam Liparteliani) və bürünc (Amiran Papinaşvili) gətirdilər. Birinci Kanalın jurnalisti olan Nino Qabeliya qızıl medal almış Quram Tuşişvilinin evinə qonaq oldu və onunla qıs müsahibə yazdı. Gürcü çempionunun dediyinə əsasən, o bütün döyüşlərə texniki baxımdan yanaşırdı və bu qalibiyyətdə böyük rol oynadı.

“Təbii ki, bütün rəqibləri yaxşı öyrənmişdim. Bundan əlavə, fiziki olaraq yaxşı hazırlanmışdım və və döyüşü taktiki şəkildə aparırdım. Eləcə də Uşanqi Kokaurini də tanıyırdım, onunla finalda qarşılaşdım və tez-tez müxtəlif turnirlərdə də görüşürdük”, – Quram Tuşişvili deyir