Güclü yağış və daşqınlara görə Dubay Hava Limanının fəaliyyəti üçüncü gündür yubanır
Güclü yağış və daşqınlara görə Dubay Hava Limanının fəaliyyəti üçüncü gündür yubanır

 
Güclü yağış və daşqınlara görə Dubay Hava Limanının fəaliyyəti üçüncü gündür yubanır. Administrasiyanın yaydığı məlumata əsasən, hava limanı uçuşların bir hissəsini qəbul etməyə başlayıb, lakin dünyanın ən böyük nəqliyyat qovşaqlarından birinin fəaliyyəti əsasən dayandırılıb.

Çərşənbə günü 300-ə yaxın reys ləğv edilib, yüzlərlə reys isə təxirə salınıb. Bir çox sərnişin hava limanında reys gözləyir. Hava limanının rəhbərliyi, personalın qida təminatında problemlər olduğunu bildirib, çünki daşqın səbəbindən hava limanına gedən yollar bağlanıb.

Birləşmiş Ərəb Əmirliklərində son 75 ilin ən güclü yağışı qeydə alınıb. Ölkədə yolları və beynəlxalq hava limanının ərazisini su basıb.

Birləşmiş Ərəb Əmirlikləri ilə yanaşı, daşqın qonşu ölkələrdə də problemlər yaradıb.

Omanda yağışın səbəb olduğu sel nəticəsində 20 nəfər həlak olub. Birləşmiş Ərəb Əmirliklərində bir nəfər həlak olub.

Omanda 1400-dən çox insan sığınacaqlara köçürülüb, məktəblər və dövlət müəssisələri bağlanıb.