Güclü yağış nəticəsində Batumidə küçələri və evlərin birinci mərtəbələrini su basdı
Güclü yağış nəticəsində Batuminin bir neçə küçəsini su basıb. Güclü yağış səbəbindən Ağmaşenebeli küçəsində nəqliyyatın hərəkətində fasilələr yaranıb.
Dimitri Tavdadebuli küçəsində yaşayış evlərini su basıb. Su bir neçə evin birinci mərtəbəsinə daxil olub və məişət texnikasına ziyan vurub.
Şəhərin bir neçə yerində suyun çəkilməsi üçün işlər aparılır.