Güclü yağış Quriyada problemlər yaradıb, ona yaxın evin ətraf aləmlə əlaqəsi kəsilib
Güclü yağış Quriyada problemlər yaradıb, ona yaxın evin ətraf aləmlə əlaqəsi kəsilib

Güclü yağış Quriya bölgəsində problemlər yaradıb. Bir neçə kənddə evlərin birinci mərtəbələrini, həyətyanı və əkin sahələrini su basıb.

Sakinlərin məişət əşyalarına və avadanlıqlarına ziyan dəyib.

Lançxutidə baş verən sürüşmə nəticəsində 10-a yaxın evin xarici aləmlə əlaqəsi kəsilib.

Lançxuti və Ozurqeti munisipalitetlərində meriyanın müvafiq xidmətləri səfərbər olunub.

“Ağır mənzərədir. Sürüşmə nəticəsində 10 evin xarici aləmlə əlaqəsi kəsilib. Texnika səfərbər olunub və ən qısa zamanda müvafiq işləri həyata keçirməyə çalışırıq. Çoçxatidə vəziyyət xüsusilə ağırdır”, – deyə Lançxuti şəhərinin meri Aleksandre Sarişvili bildirib.