Güclü külək və dolu Qurcaani Munisipalitetinə ziyan vurub
Güclü külək və dolu Qurcaani Munisipalitetinə ziyan vurub

Güclü külək və dolu Qurcaani Munisipalitetinə ziyan vurub.  

Qurcaani şəhərinin mərkəzi küçəsini su basıb, Laqodexi istiqamətində yolda nəqliyyatın hərəkəti dayandırılıb. Dolu nəticəsində üzüm və meyvə bağları məhv olub.

Qurcaani Munisipalitetinin meri vəzifəsinin icraçısı Leri Qelenavanın sözlərinə əsasən, yanğınsöndürmə və xilasetmə qrupları artıq təbii fəlakət yerinə yollanıb.

Təbii fəlakət nəticəsində elektrik xətləri və dayaqlar sıradan çıxıb, nəticədə bir neçə kənd işıqsız qalıb. Enerji şirkəti texniki qrupların səfərbər edildiyini və bərpa işlərinə başlanılacağını açıqlayıb.