Güclü külək və daşqınlar Sameqrelo-Zemo Svaneti bölgəsində problemlər yaradıb
Güclü külək və daşqınlar Sameqrelo-Zemo Svaneti bölgəsində problemlər yaradıb

Güclü külək və daşqınlar Sameqrelo-Zemo Svaneti bölgəsində problemlər yaradıb.

Külək Martvili, Çxorotsğu və Tsalencixada yaşayış evlərinin damını qoparıb. Həmçinin, Zuqdidi Munisipalitetinin Ruxi kəndindəki dövlət məktəbinin dam örtüyü də zərər görüb, buna görə tədris prosesi yarımçıq qalıb.

Çxori kənd mədəniyyət evinin dam örtüyü zərər görüb. Təbii fəlakət etno-kənd Sisa Turaya ziyan vurub.

Tsalencixada güclü külək ağacları kökündən qoparıb. Gecə saatlarında yol hissələri təmizlənib.

Kəndlərin bir hissəsinə elektrik enerjisi verilmir, bərpa işləri aparılır.

Anakliada sel qeydə alınır. Enquri çayı məcrasından çıxaraq sahilə yaxın evləri basıb.

Cvari-Mestia istiqamətində bütün növ nəqliyyat vasitələrinin hərəkəti qadağan edilib. Gecə saatlarında qar uçqunu səbəbilə köməksiz qalmış 19 vətəndaş ərazidən çıxarılıb.

Dövlət nümayəndəsi Qiorqi Ququchia və regionun merləri problemli ərazilərdəki vəziyyətlə yerindəcə tanış olurlar. Bölgədə bütün bələdiyyə xidmətləri fövqəladə rejimdə işləyir.