Güclü külək Tbilisidə 54 evin damını uçurdu

Saat 16:00-dan 21:00-ə qədər verilən məlumata görə, təbii fəlakət nəticəsində Tbilisidə 54 yaşayış evi və 6 avtomobil zərər gördü, 68 ağac və elektrik enerji dirəkləri yıxıldı.

Bu barədə məlumatı Fövqəladə hallar idarəsinin xidməti yayır.

İdarənin dediyinə görə, Şida Kartlidə 3 yaşayış evi zərər gördü. İmeretidə güclü yağış nəticəsində torpaq aralandı, Mestiyanın Laxamula kəndində dağdan düşən çamır nəticəsində yol qapandı.

Martvilidə Taxura çayının daşması nəticəsində çayın yaxınlığındaki ərazi su altında qaldı.

Regionlarda baş verən təbii fəlakət nəticəsində insanlar zərər görməyiblər.