Güclü qar səbəbi ilə Kaxetinin bəzi munisipalitetlərində avtonəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib
Güclü qar səbəbi ilə Kaxetinin bəzi munisipalitetlərində avtonəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib

Güclü qar səbəbindən Telavidə səhər saatlarından bələdiyyə nəqliyyatı hərəkət etmir.

Daxili dövlət əhəmiyyətli Vaziani-Qombori-Telavi avtomobil yolunda isə yalnız yolsuzluq avtomobillərinin hərəkətinə icazə verilir. Patrul polisinin əməkdaşları yolun sözügedən hissəsində nəqliyyatın hərəkətinə nəzarət edirlər. Kaxetidə bütün müvafiq xidmətlər səhər saatlarından intensiv işləyir. Yollara texniki duz tökülür.

Enerji təchizatında da məhdudiyyətlər var. Bəzi munisipalitetlərdə elektrik verilişi xəttləri sıradan çıxıb. Bölgə üzrə 22 min abonentə elektrik enerjisi verilmir. “Energo-Pro Georgia”nın texniki xidməti fövqəladə rejimində işləyir. Bərpa işləri aparılır.