Güclü dolu Qurcaani Munisipalitetinin bir neçə kəndinə ziyan vurub
Güclü dolu Qurcaani Munisipalitetinin bir neçə kəndinə ziyan vurub

Güclü dolu Qurcaani Munisipalitetinin bir neçə kəndinə ziyan vurub.

Kolaq, Çumlax və Bakurtsixe kəndlərində dolu nəticəsində üzümlüklər, şaftalı və ərik bağları, müxtəlif birillik əkinlər məhv olub.

Yola tökülmüş daşlar səbəbindən mərkəzi magistralda avtomobillərin hərəkəti müvəqqəti olaraq bağlanıb. Dəymiş ziyanın miqdarı hələlik məlum deyil.