Qudauri-Kobi avtomobil yolu hissəsində minik avto-nəqliyyatın hərəkatı bərpa edildi
Gürcüstanın Regional İnkişaf və İnfrastruktura Nazirliyinin avtomobil yolları departamentinin məlumatına görə, Qudauri-Kobi hissəsində qar uçqunu təhlükəsi aradan qaldırıldı və yollar təmizləndi, belə ki, qeyd olunan magistralda minik avto-nəqliyyatın hərəkatı bərpa olundu.
Güclü qar və yolların buzlanmasına görə, Mtsxeta-Stepantsminda-Lars avtomobil yollarının Qudauri-Kobi hissəsində sadəcə böyük maşınların hərəkatı dayandırılıb.
Qeyd olunan hissədə yol hərəkatı patrul polisinin bilavasitə nəzarəti altında həyata keçirilir.