Qubernatorun məlumatına görə, Raçada 12 kənd dünyadan təcrid olunub, 10 körpü dağılıb və mərkəzi avtomaqistral üç yerindən dağılıb

Raça-Leçxumi və Kvemo-Svaneti regionunun qubernatoru Arçil Caparidzenin məlumatına görə, Raçada 12 kənd dünyadan təcrid olunub, 10 körpü dağılıb və mərkəzi avtomaqistral üç yerindən dağılıb.

“Kəndlərə elektrik enerji verilmir, çünki yüksək cəryan xəttləri zərər görüb. Turistlər və yerli əhali dünyadan təcrid olunmuş halda qalıblar. Əhali ilə komunikasiyadayıq. Helikopterlər də gətirilib.

Hazırda avtomobil yolunun inşaatı aparılır və nə zaman başa çatacaq bilmirik” – dedi qubernator.