Moskvanın antidopinq labaratoriyasının keçmiş rəhbəri, Qriqor Rodçenkov haqqında haqqında çəkilən “İkaros” filmi, “Oscar” kinomükafatının “ən yaxşı sənədli film” kateqoriasında qalib oldu.
Filmin yaradılmasında Rodçenkovun özü də iştirak edirdi. O, dünya antidopinq agentliyinin informatoru oldu. Məhz elə onun ifadəsi nəticəsində məlum oldu ki, 2014-cü il Qiş Olimpiadası zamanı Rusiya dopinqin istifadəsini dövlət səviyyəsinə çıxarmışdır və məhz elə bu ifadələr əsasında Rusiyaya Pyonçanq Olimpiadasnda iştirak etməsi qadağan edildi.