Gözlənilən güclü küləyə görə Tbilisi meriyası əhaliyə xəbərdarlıq verir
Gözlənilən güclü küləyə görə Tbilisi meriyası əhaliyə xəbərdarlıq verir

Tbilisi Meriyası gözlənilən güclü küləklə bağlı əhaliyə məlumat verir və müraciət edir ki, ağacların və inşaat meydanlarının yanında durmasınlar.

Bundan əlavə inşaat şirkətlərinə müraciət edirik ki, işçi personalının təhlükəsizliyinə və ümumiyyətlə təhlükəsizlik tədbirlərinə daha ciddi yanaşsınlar və xüsusi diqqət yetirsinlər” – deyilir meriyanın bəyanatında.

Ətraf Mühitin Milli Agentliyinin proqnozuna görə, martın 9-10-da gözlənilən küləyin gücü saniyədə 25-30 metr olacaq.