Qorunmuş ərazilər agentliyində bəyan edirlər ki, noyabrın 8-dən, Gürcüstanın beş qorunmuş ərazisi ziyarətçilərin qəbulunu dayandırır

Gürcüstanın Qorunmuş Ərazilər Agentliyinin məlumatına görə, pandemiyanın yayılmasının prevensiya tədbiri olaraq, noyabrın 8-dən Gürcüstanın beş qorunmuş ərazisi müvəqqəti olaraq, ziyarətçilərin qəbulunu dayandırır.

Agentliyin məlumatına görə, sosiyal məsafənin qorunmasının mümükün olduğu daha böyük ərazilərdə ziyarətçilərin qəbulu davam edir.

“Covid-19 pandemiyasının prevensiyası məqsədi ilə, noyabrın 8-dən Gürcüstanın beş qorunmuş ərazisi – Martvili Kanyonu, Okatse kanyonu, Okatse şəlaləsi, Promete mağarası və Sataplia mağarası müvəqqəti olaraq, vizitorların qəbulunu dayandırırlar. Qeyd olunan ərazilərin ziyarətçilər mərkəzində yığılan ziyarətçilərin sayı pandemiyanın yayılması riskini artırır.

Sosiyal məsafənin qorunmasının mümkün olduğu digər daha böyük ərazilərdə, ziyarətçilərin qəbulu, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən işlədilən rekomendasiyalara müvafiq şəkildə davam edəcək.

Fiziki kontaktları azaldmaq məqsədi ilə, xahiş edirik, qorunmuş əraziləri ziyarət etmək üçün qeydiyyatdan telefonla və yaxud Facebook vasitəsi ilə, distansiyalı şəkildə keçin.

Həmçinin, yeniliklərlə bağlı qorunmuş ərazilərin veb-səhifələrini və rəsmi Facebook səhifələrini gözdən keçirin” – deyilir agentliyin bəyanatında.