Qorinin bir neçə kəndində, suvarma suyunun reabilitasiyası həyata keçirilir
Qori munisipalitetinin Tsedisi, Bnavisi və Olozi kəndində suvarma suyunun reabilitasiya işləri həyata keçirilir.
Şida-Kartli quberantorunun vəzifəsinin icraçısı Simon Quledaninin məlumatına görə, reabilitasiya işləri regionlarda həyata keçiriləcək layihələr fondunun maliyyələşdirilməsi ilə həyata keçirilir və bunun üçün iki milyona qədər lari ayrılıb.
Layihə çərçivəsində, su rezervuarlarının, magistral və daxili paylayıcı şəbəkəsinin reabilitasiyası həyata keçiriləcək.
Reabilitasiyadan sonra, 300-ə qədər ailə içməli su ilə təmin ediləcək.
Reabilitasiya işlərini Şida-Kartli qubernatorunun vəzifəsini icraçısı Simon Quledani şəxsən nəzərdən keçirdi.
Onun dediyinə görə, proses maneəsiz həyata keçirilir və gələn ilin avqust ayında başa çatdırılacaq.
Tsedisi və Bnavisidə qazifikasiya işləri də həyata keçirilir.