Qori yaxınlığında baş verən avtoqəza ilə bağlı Türkiyə vətəndaşı həbs edilib
Qori yaxınlığında baş verən avtoqəza ilə bağlı Türkiyə vətəndaşı həbs edilib

Qori yaxınlığında baş verən avtoqəza ilə bağlı, Daxili İşlər Nazirliyinin Patrul Polis departamentinin Şida-Kartli baş idarəsinin əməkdaşları Türkiyə Respublikasının vətəndaşı olan, 1958-ci il təvəllüdlü M.S-yı həbs etdilər.

DİN-in məlumatına görə, qeyd olunan cinayət 6-dan 10 ilə qədər həbs cəzasını nəzərdə tutur.

“İstintaq nəticəsində məlum oldu ki, 2020-ci ilin 30 oktyabr tarixində, Tbilisi-Senaki-Leselidze avtomobil yolunun 77-ci kilometrində, qərb istiqamətinə gedən Türkiyə nömrəli yük maşını “DAF” sərnişin mikroavtobusu ilə toqquşub.

Qeyd olunan avtoqəza nəticəsində, hadisə yerində mikroavtobusun beş yolçusu həlak oldu, 11 nəfər isə, müxtəlif dərəcəli xəsarət alıb.

Daha sonra isə, tibbi müəssisəsində, altıncı yolçu da həyatını itirdi.

Avtoqəza ilə bağlı istintaq Gürcüstanın Cinayət Məcəlləsinin 276-cı maddəsinin səkkizinci hissəsi ilə aparılır” – deyilir Daxili İşlər Nazirliyinin məlumatında.