Google Maps-ə gürcü dili əlavə edildi

Google şirkəti öz xəritə servisləri Google Maps-ın yeniləşdirilməsi barədə məlumat yayır.

Servisə 39 yeni dil və onların arasında gürcü dili əlavə edildi.

Ümumi cəmidə, yenilik bütün dünyada yaşayan 1,25 milyard insana aid olacaq.

Yeni dillər Google Maps-in mobil və desktop versiyaları iOS, Android, Mac, və Windows OS platformalarına da əlavə olunacaq.

Google tərəfindən yayılan demonstrasiya şəkillərində Google Maps-in erməni dilnidə interfeisi görünür.

Google Maps 2004-cü ilin oktyabr ayında yaradıldı və ilk öncə sadəcə ingilis dilində idi. Daha sonra, ona digər dillər də əlavə olundu.

Bu servisdən hər gün dünyada milyonlarla insan istifadə edir.