Qomi-Saçxere-Çiatura-Zestaponi yolunda qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin hərəkəti bərpa edilib
Qomi-Saçxere-Çiatura-Zestaponi yolunda qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin hərəkəti bərpa edilib

Qomi-Saçxere-Çiatura-Zestaponi yolunda qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin hərəkəti bərpa edilib- bu barədə Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları İdarəsi məlumat yayır.

“Görülən təmizləmə işləri nəticəsində daxili dövlət əhəmiyyətli Qomi-Saçxere-Çiatura-Zestaponi avtomobil yolunun 1 km-40 km hissəsində qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin hərəkəti bərpa edilib” – deyə qurumun məlumatında qeyd olunub.

Dünən güclü qar və aşağı temperatur səbəbindən Qomi-Saçxere-Çiatura-Zestaponi avtomobil yolunun hissəsində qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin hərəkəti qadağan edilib.