Qoqa Xaindrava - Abxaz ictimaiyyətinin əhəmiyyətli nümayəndəsindən düşman olmadığımızı ilk dəfə eşitdim
“Müharibə baş verdi, ancaq bu demək deyil ki, düşmançılıq sonsuz olacaq”, – bu sözlərlə sabiq dövlət naziri Qoqa Xaindrava işğal altında olan Abxaziyanın sabiq “baş naziri” Sergey Şambanın bəyanatına səsləndi.
Qoqa Xaindravanın dediyinə görə, Sergey Şambanın uzun müsahibəsinin ən əhəmiyyətli hissəsi düşman olmadığımız haqqında dediyi cümlədir.
“Şamba ağıllı bir adamdır və Abxaz ictimaiyyətində nüfuz sahibidir. Mənim üçün onun müsahibəsində ən vacib olan insanlıq aspekti idi. Belə əhəmiyyətli siyasi fiquradan ilk dəfə eşitdim ki, biz düşman deyilik. Və biz həqiqətən də düşman deyilik” – dedi Qoqa Xaindrava.
Xaindarava qeyd etdi ki, Sergey Şambanın bəyanatını salamlayır.
Xaindrava həmçinin bəyan etdi ki, bir vaxtlar Ardzinba federal qurum haqqında razılaşma imzalamağa hazır idi, ancaq o zamanki iqtidar və Eduard Şevardnadze bunun üçün hazır deyildilər.
“O zamanki təklifə yox dedik və böyük şansı əlimizdən buraxdıq. Ancaq deyə bilmərəm ki, səhvlər bir tərəfli idi, çünki hər iki tərəf də eyni dərəcədə səhvlər edirdi” – dedi Qoqa xaindrava.
Xatırladaq ki, işğal edilmiş Abxaziyanın sabiq “baş naziri” Sergey Şamba “Exo Moskvı” ilə müsahibə zamanı Gürcüstan və işğal altında olan Abxaziya arasındaki münasibətlər haqqında danışdı və Gürcüstanla dialoqa başlamağın zamanı gəldiyini bəyan etdi.