Qlobal rəqabət-qabiliyyətlik indeksi ilə, Gürcüstanın mövqeyi keçən il ilə müqayisədə səkkiz pillə geriyə düşdü.
Dünya iqtisadiyyat forumu tərəfindən yayılan 2019-cu ilin hesabatına əsasən, Gürcüstan 141 ölkə arasında 74-cü yerdədir.
2018-ci ilin hesabatında Gürcüstan 66-cı yerdə idi.
Reytinq 12 əsas indikatorların əsasında tərtib olunub.
Onlardan Gürcüstanın vəziyyəti sadəcə altı komponentdə yaxşılaşıb: İnfrastruktura, Maliyyə sistemi, bazar həcmi, biznesin dinamikası, inovasiya imkanları.
Düşmə isə, İnformasiya-komunikasiya texnologiyalarının qəbulu, makroekonomik stabillik, səhiyyə məhsul bazarı və iş bazarı kimi institularda müşahidə olunur.
Reytinqdə birinci yeri Sinqapur tutur. Ondan sonra, ABŞ, Honqkonq, Niderlandlar və İsveçrə gəlir.
Siyahıda sonucu yerdə Çaddır.
Gürcüstanın qonşu ölkələrinə gəlincə isə, qlobal rəqabət-qabiliyyətlik indeksi ilə Rusiya 43-cü yeri, Azərbaycan 58-ci yeri, Türkiyə, 61-ci, Ermənistan isə, 69-cu yeri tutur.