Giya Volski bəyan edir ki, gələcək baş nazirin kimliyi sabah məlum olacaq
Giya Volski bəyan edir ki, gələcək baş nazirin kimliyi sabah məlum olacaq

Parlament çoxluğunun lideri, Giya Volski bəyan edir ki, hökumət dəyişiklikləri ilə bağlı bəyanat sabah, siyasi şura və Parlament çoxluğunun iclaslarının başa çatmasından sonra ediləcək.

“Ona qədər yüz faizlik dəqiqliklə danışmağa əsas yoxdur. Sabah hər şey bəlli olacaq”, – Volski jurnalistlərə bəyan etdi.

Mamuka Baxtadze bu gün bəyanat yaydı ki, baş nazir vəzifəsini tərk edir.